Yağlı qoyun əti - 600 q (qoyun əti yağsız olduqda əlavə - 30q "Möcüzə" paket yağı). badımcan -1200 q (12 ədəd). baş soğan - 80 q. pomidor - 200 q. göyərti (rəyhan. keşniş) - 60 q. qatıq - 200 q. darçın. duz. istiot -0.4 q.
Badımjanın saplağı ilə birlikdə uju kəsilir, soyuq duzlu suya salınıb qaynayana kimi qızdırılır, 1-2 dəqiqə pörtülür. İki əl arasında ovxalayıb tuluqlaşdırıldıqdan sonra uzununa kəsib tumdan təmizləyirlər. Ajısı çıxmaq üçün onları duzlayıb süzgəjin içərisinə yığıb və üstünə ağır yük qoyurlar. Yağlı qoyun ətindən soğanla qiymə hazırlanıb duz, istiot vurulub, arası kəsilmədən qarışdırılaraq yağda qovrulur. Qiyməyə doğranmış reyhan və keşniş, darçın qatılıb qarışdırılır və badımjanlara doldurulur. Qiymələnmiş badımjanlar dayaz qazana yığılıb ətrafına pomidor dilimləri düzülüb, az miqdar bulyon tökülüb öz buğunda bişirilir. Süfrəyə verildikdə üstünə sousdan tökülür. Ayrıja qabda darçınlı, sarımsaqlı qatıq verilir. Aş yanında verilən badımjan dolmasına darçın əvəzinə keşniş toxumu qatılır.